Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

28-05-2024 , 10:37

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Elşad Vəliyev: “Müstəqilliyimizin əbədi olmasına biz bələdiyyə üzvləri də öz töhfəmizi verməyə borcluyuq”

“Ulu Öndərimizin ifadə etdiyi  “Bu gün tam qətiyyətlə demək olar ki, Azərbaycan dövləti, müstəqil Azərbaycan Respublikası 1918-ci ildə yaranmış Xalq Cümhuriyyətinin varisidir” fikri ümummilli lider Heydər Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin nəticəsi olaraq təsdiqini tapdı”- bu fikirləri Beeldiyye.infoya Xətai Bələdiyyəsinin sədri Elşad Vəliyev deyib.  

Açıqlamasında sədr daha sonra qeyd edib ki, milli istiqlal tariximizin şərəfli səhifəsi olan Cümhuriyyətin yaranma tarixi, qısa vaxt ərzində həyata keçirilən islahatlar və insan hüquq və azadlıqları sahəsində atılan addımlar müstəqilliyimizin  qorunmasında və möhkəmləndirilməsinə hesablanmışdı. Cumhuriyyətin bolşeviklər tərəfindən xaincəsinə devrilməsinə baxmayaraq, Azərbaycan  1991-ci ildə Sovet İmperiyasının dağılması ilə yenidən öz müstəqilliyini elan etməyi bacardı.

Ölkəmiz müstəqilliyin ilk illərində ciddi təhlükələrlə ilə üz-üzə qalsa belə  Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə ölkəmiz  belə ağır siyasi vəziyytədən xilas ola bildi və sabit inkişaf yoluna qədəm qoydu.

Ümummilli liderimiz Heydər Əliyevin qurub yaratdığı, müstəqilliyə qovuşdurduğu Azərbaycan  indi Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edir, qarşıya qoyulan hədəflərə doğru inamla irəliləyir.

Cənab Prezidenti İlham Əliyev rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusu 44 gün davam edən Vətən Müharibəsində işğalçı Ermənistan ordusunu darmadağın edərək Tarixi Zəfərə imza ataraq otuz il müddətində  işğal altında olan torpaqlarımızı işğaldan azad etdi. Bu Azərbaycan xalqının tarixi qələbəsidir.

Daim müstəqil daxili və xarici siyasət həyata keçirən Azərbaycanın yalnız Qafqazda deyil, beynəlxalq miqyasda söz sahibi olan bir ölkə kimi tanınması, Azərbaycan Prezidentinin rəhbərliyi ilə həyata keçirilən hərtərəfli düşünülmüş siyasət, qazanılmış uğurlar bizə əminliklə söyləməyə əsas verir ki, Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir!

Müstəqilliyimizin əbədi və dönməz olmasına biz bələdiyyə üzvləri də öz töhfəmizi verməli, həyata keçirilən layihələrə öz dəstəyimizi göstərməyə borcluyuq.

 Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bələdiyyə sədri həbs edildi

Gündəlik Xəbərlər
12-06-2024

Nazir rəisi işdən çıxardı

Gündəlik Xəbərlər
12-06-2024

ÜÇ SUAL ÜÇ CAVAB -soruşun cavab verək

Gündəlik Xəbərlər
05-06-2024